YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sənin adınla bağlı bu xalqın hər zəfəri!”

Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənin adınla bağlı bu xalqın hər zəfəri!” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva və digərləri bildiriblər ki,  Ulu Öndər Heydər Əliyev həyatının bütün məqamlarında atdığı hər bir addımda Azərbaycan xalqının rifahını, doğma Vətəninin maraqlarını düşünüb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Qeyd olunub ki, bu gün Azərbaycanın qazandığı uğurların əsasında Heydər Əliyevin siyasəti və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik addımları dayanır.

Sonra  şəhid ailələrinə, İkinci Qarabağ müharibəsi qazilərinə, Füzuli rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr təqdim edilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Tədbir bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv