YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev irsi suveren dövlətçiliyin hüquqi təməlidir”

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev irsi suveren dövlətçiliyin hüquqi təməlidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə rayon Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Zərdab rayonu Bıçaqçı bələdiyyəsinin sədri Zahim Zayidli, Dəkkəoba kənd Kitabxana filialının müdiri Zəridə Məmmədova, Aşağı Seyidlər kənd tam orta məktəbinin müəllimi Nabat Eyvazlı çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizin inkişafı naminə tarixi fəaliyyətlərindən, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yolunda uğurla inkişaf etdirməsindən, məhz Dahi Şəxsiyyətin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasından və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilməsindən bəhs ediblər.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv