YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, şəhid atası Qədir Əfəndiyev, partiya veteranı Polad Ağakişiyev, ərazi partiya təşkilatının sədr müavini Afət Eyyubova, partiya fəalları Günel Sanıyeva, Turxan Əliyev bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş böyük şəxsiyyət olub. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı və uzaqgörən qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin inkişafında böyük irəliləyişə nail oldu.

Sonra Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli və Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə YAP Qazax rayon təşkilatı “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudova adına tam orta məktəb ərazi partiya təşkilatında da “Tarix yazan və yaradan Dahi Şəxsiyyət ” mövzusunda tədbir keçirib.