Xəbərlər
Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə idman yarışlarına start verilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “stolüstü tennis”, “minifutbol” və “voleybol” (qızlar) idman növləri üzrə yarışlara start verilib.
Yarışlarda çıxış edənlər bildiriblər ki, Azərbaycan idmanına göstərilən böyük diqqət və qayğı, idmanın geniş vüsətlə inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Daha sonra yarışlara start verilib. “Stolüstü tennis” üzrə idman yarışının sonunda qalib komandalar müvafiq diplom və medallarla mükafatlandırılıb.