YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə şəhid övladları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı yeni tədris ilinin başlanması münasibətilə 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin övladları ilə görüş keçirib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov iştirak ediblər.

Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs olunub. Qeyd olunub ki, şəhid övladları xalqımızın əmanətidir və onların qayğısız böyüməsi, təhsil alması üçün bütün tədbirlər görülür.

Daha sonra birinci sinfə gedən şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub.

Şəhid ailələri onlara göstərilən hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

DİGƏR Xəbərlər Arxiv