YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə akademik Zərifə Əliyevanın anadan olmasından 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 102-ci ildönümü ilə bağlı Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə tədbir keçirilib.

İlk öncə iştirakçılardan bir qrupu tərəfindən akademik Zərifə xanım Əliyevanın büstü ziyarət edib, ehtiram əlaməti olaraq önünə tər gül dəstələri düzüblər.

Sonra foyedə böyük alimin adını daşıyan foto-stendə baxış olub.

Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Teymur Mustafayev çıxışında Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə danışıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya akademik Zərifə Əziz qızı Əliyeva Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, oftalmologiya sahəsində dərin elmi araşdırmaları və praktiki nailiyyətləri ilə tanınan alim olub. Qeyd olunub ki, Zəfirə xanım oftalmoloji xəstəliklərin profilaktikası və müalicəsi sahəsində apardığı fundamental tədqiqatlar Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli töhfə verib.

Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbuhi Qasımov, Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov Zərifə xanım Əliyeva haqqında öz dəyərli fikirlərini bölüşüblər, onun Azərbaycan səhiyyəsinə və elminə verdiyi misilsiz töhfələrdən, yüksək insani keyfiyyətlərindən və gələcək nəsillərə nümunə olan həyat yolundan danışıblar. Həmçinin, Zərifə xanımın adının yaşadılmasının gənclərin düzgün tərbiyəsində böyük rol oynadığını vurğulanıb.

Tədbirin bədii hissəsində məktəb-liseyin şagirdləri Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş şeirlər səsləndiriblər, xatirəsinə ithaf olunan mahnılar ifa ediblər.

Sonda Zərifə xanımın həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv