Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə, uğurlar dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".