YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ekologiya - mənim fırçamda”

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin 4 fevral 2025-ci il tarixli qərarına əsasən, İttifaq üzvlərinin 6-15 yaşlı övladları (və ya nəvələri) arasında qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş “Ekologiya – mənim fırçamda” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin şərtlərinə uyğun olaraq, Yeni Azərbaycan Partiyası (YAP) Həmkarlar İttifaqının üzvü olan 16 nəfərin övladları və ya nəvələri tərəfindən çəkilmiş rəsm əsərləri və müvafiq sənədlər mart ayında münsiflər heyəti tərəfindən dəyərləndirilməsi üçün Respublika Komitəsinə təqdim edilib.

Mart-aprel ayları ərzində keçirilmiş müsabiqə üç yaş kateqoriyası (6-8, 9-11, 12-15) üzrə təşkil olunmuş və qaliblər, həmçinin 3 həvəsləndirici nominasiya üzrə müəlliflər müəyyənləşdirilib. Aprelin 25-də münsiflər heyətinin yekun qərarı ilə müsabiqənin qalibləri elan olunmuş və mükafatlandırma mərasimi keçirilib.

Qaliblər arasında YAP Həmkarlar İttifaqı təşkilatından 5 nəfər yer alıb.