Xəbərlər
“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova və Gəncə Daşkəsən Regional Təhsil idarəsi Samux rayonu üzrə təhsil sektorunun müdiri Nurlana Həsənova bildiriblər ki, inşa-yazı müsabiqəsi Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndər irsinin gənc nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.
Qeyd edək ki, müsabiqədə 20 məktəbdən seçilən 44 şagird iştirak edib.
