Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr edilən dəyirmi masa keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş olunub.
YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva, Salakətin kənd tam orta məktəbinin tarix müəllimi Anar İbrahimov çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, 1995-ci ilin 12 noyabr tarixində qəbul olunan Konstitusiya ötən müddət ərzində dinamik şəkildə inkişaf edərək insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayıb.
Çıxışlarda Vətən müharibəsində qazanılan tarixi Qələbə, ölkəmizin bütün ərazisində suverenliyin bərpası ilə nəticələnən antiterror tədbirinin uğurları barədə ətraflı danışılıb.