YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda qanvermə aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, Nəsimi rayon İcra Hakmiyyəti və “Respublika Qan Bankı” PHŞ-i tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə rayon təşkilatının qərargahında qanvermə aksiyası keçirilib.

Rayon ərazisində fəaliyyət göstərən idarə-müəssisə, ali təhsil ocaqlarının nümayəndələri və partiya fəallarının qatıldığı aksiyada 250-dən çox şəxs iştirak edib.

Toplanan qan talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

DİGƏR Xəbərlər Arxiv