YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi dostluq, gələcəyə inam: Cənubi Qafqazda yeni reallıqlar

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Gürcüstan və Azərbaycan arasında artıq uzun illərdir ki, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı müttəfiqlik əlaqələri mövcuddur. Bu əlaqələrin təməlində ölkələrimiz və xalqlarımız arasında yüz illərdən bəri mövcud olan mehriban qonşuluq və qardaşlıq münasibətləri durur. Aprelin 16-da Gürcüstan Prezidentinin ilk rəsmi xarici səfərini Azərbaycana etməsi diplomatik protokol baxımından xüsusi əhəmiyyət daşıyır.

İkitərəfli görüşdən sonra prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla siyasi əlaqələrin inkişafını, yüksəksəviyyəli təmasların müntəzəm xarakter daşıdığını, dialoqun fəallaşdığını nəzərə çatdırdı. Dövlətimizin başçısı qeyd edib: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün həlledici amildir. Bu gün isə rəsmi Bakının təşəbbüsü ilə Cənubi Qafqazda etibarlı sülhün əsası qoyulur. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı xarici siyasət regionda sabitliyin qarantı, həmçinin bölgənin iqtisadi yüksəlişinin təminatçısıdır. Hazırda dünyada baş verən hadisələr, geosiyasi proseslər, qeyri-sabitlik dinc, sakit, təhlükəsiz həyatın dəyəri getdikcə daha da aktuallaşdırır. Azərbaycan Cənubi Qafqazda separatizmdən uzaq firavan gələcək üçün davamlı inkişaf və rifaha yönəlmiş sülh gündəmini təşviq etməkdə davam edir. Bu təşəbbüslər qonşu Gürcüstandan birmənalı dəstək alır, tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri bu gün regionda dinc gələcəyin qurulmasının mühüm amillərindən birinə çevrilir. Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olacaq. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var.

Azərbaycan və Gürcüstan arasında münasibətlərin siyasi komponenti Cənubi Qafqazda iqtisadi artıma və davamlı sabitliyin təmin edilməsinə töhfə verən regional inkişafda mühüm amil olaraq qalır. Hər iki ölkə digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, beynəlxalq münasibətlərə, ədalət və ümumi təhlükəsizliyə nail olmaq üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Strateji müstəvidə möhkəm əlaqə və qarşılıqlı maraqlar onları beynəlxalq siyasətdə ciddi qüvvəyə və nüfuzlu aktora çevirir. Bu da öz növbəsində regionda sabitliyin qorunmasına öz töhfəsini verir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, rifahın və inkişafın dayaq nöqtələridir. Azərbaycan-Gürcüstan münasibətləri artıq klassik qonşuluq siyasəti çərçivəsindən çıxaraq, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilib. Bu model isə yalnız iki ölkənin deyil, bütün bölgənin rifahına və sabitliyinə töhfələr verir.

DİGƏR Xəbərlər Arxiv