Xəbərlər
Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Səyyad Salahlı Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasında və rayonun Nərimanov kəndində Nərimanov, Musalı, Dəlilər, Novruzlu, Kamallı, Hacıqasımlı, Naharlı və Məzrəli kəndlərindən olan seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.