YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zəngilan rayon təşkilatında Zərifə xanım Əliyevanın anım günü qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Zəngilan rayon təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü münasibəti ilə dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videçarx nümayiş olunub. 

Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Bildirib ki, Zərifə xanım Əliyeva peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim olub.

Tədbirdə digər çıxış edənlər – Zəngilan rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Zəngilan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ceyran Abbasova, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov və digərləri Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələri və onun elmi irsinin əhəmiyyətini vurğulayıblar. Zərifə xanım Əliyevanın oftalmologiya sahəsindəki müstəsna xidmətlərindən, tədqiqatlarında və bu sahənin inkişafına verdiyi böyük töhfələrdən geniş bəhs ediblər.

Çıxışçılar akademik Zərifə xanım Əliyevanın müasir Azərbaycan tibb elminin formalaşmasına və dünya səviyyəsində tanınmasına mühüm təsir göstərdiyini diqqətə çatdırıblar. Həmçinin, akademik Zərifə xanım Əliyevanın milli-mənəvi dəyərlərə bağlılığını, yüksək humanist keyfiyyətlərini və cəmiyyətə töhfələrini xatırladaraq görkəmli alimin xeyirxah və insanpərvər fəaliyyəti, gələcək nəsillər üçün əsl nümunə olmasını xüsusi qeyd ediblər.