YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar dəyirmi masa keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatının sədri Səbuhi Mustafayev, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov,  partiya fəalı Günel Əhmədova, YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova çıxış edərək 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğunu bildiriblər. Natiqlər ölkəmizdə suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinin müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaratdığını qeyd ediblər.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının ölkədə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdiyi vurğulanıb.

Sonda ərazi partiya təşkilat sədrləri Qələmkar Nəsibova, Muxtar Məmmədov və partiya veteranı Gülağa Hüseynova yubileyləri münasibətilə hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv