Xəbərlər
Göygöldə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Göygöl rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı və Gənclər Evinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması hər bir vətəndaşıın ümdə vəzifəsidir” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Toğanalı kənd ərazi partiya təşkilatının sədr müavini İlkin Rzayev çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin ötən ilin 28 dekabrında imzaladığı Sərəncama əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Qeyd olunub ki, oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər bunu qeyri-mümkün etdi və yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub, ölkəmizin suverenliyi bərpa edilib.
Tədbir interaktiv formada davam edib.