YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər ediblər.

YAP nümayəndələri Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirak edəcəklər.

Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.