Xəbərlər
"Konstitusiya və suverenlik dövlətçiliyin əsas amillərdir"

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Səməd Vurğun adına, Anar Mürsəlov adına, İmadəddin Nəsimi adına, Mikayıl Mustafayev adına, Əli İsmayılov adına və Bayan kənd ümumi orta məktəbləri üzrə ərazi partiya təşkilatlarında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbirlər keçirilib.
Tədbirdə çıxış edən rayon təşkilatının sədr müavini Elşən Alıyev, rayon təşkilatının məsləhətçisi Sərdar Xıdırov və digərləri 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən bəhs ediblər.
Qeyd olunub ki, bu qərar dövlətçilik və suverenlik prinsiplərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Konstitusiya və suverenlik dövlətçiliyin, müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir.