Xəbərlər
Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Yuxarı Tala kəndində Aprel döyüşləri zamanı şəhid olmuş Rəvan Nurayevin məzarını ziyarət edib. Daha sonra millət vəkili şəhidin ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanmış və bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət dəstəyindən bəhs edib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Həmin gün millət vəkili Asif Əsgərov rayonun Muxax kəndində seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.