YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. 

Məktubda deyilir: "Möhtərəm xanım, Zati-aliləri.

Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.

Möhtərəm xanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram".

DİGƏR Xəbərlər Arxiv