YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal Bakı Forumunda Azərbaycanın təcrübəsi uğurla təqdim olunub

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Prezident İlham Əliyev martın 13-də “Euronews” televiziyasına verdiyi müsahibəsində XII Qlobal Bakı Forumunun vacib rolunu bir daha vurğuladı. Beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda tədbir iştirakçılarının ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşə bilmələri böyük nailiyyətdir. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, Forumda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları iştirak edirdi, bunlar hər biri böyük təcrübəyə və biliyə malik insanlardır.

Azərbaycanın getdikcə möhkəmlənən beynəlxalq mövqeyi müxtəlif məsələlərlə bağlı ölkəmizin təcrübəsinin dünya dövlətləri üçün dəyərli olmasını təmin edir. Son illərdə əldə olunmuş uğur və nailiyyətlərimizi şərtləndirən əsas amillərdən biri də məhz bu yanaşmadır. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan milli maraqlar məsələsində heç kəsə və heç bir təsisata arxalanmayıb. Cənab İlham Əliyev dünyada baş verən münaqişə ocaqlarına dair bir fikir bildirərək, hər bir ölkənin öz taleyinin sahibi olduğunu anlamalı olduğunu vurğuladı. Bu düşüncə nə qədər tez qəbul edilsə, bir o qədər də müsbət nəticələr əldə olunacaqdır. Prezident İlham Əliyev xarici yardımların gec-tez ciddi fəsadlara səbəb olacağını qeyd etdi və bildirdi ki, bir ölkə həmişə kiminsə yardımına bel bağlarsa, bu, ilk növbədə həmin ölkəni zəiflədəcəkdir. İkinci olaraq, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur və ən pisi isə həmin ölkənin iqtisadi asılılıq vəziyyətində öz suverenliyinin bir hissəsini itirməsidir.

Azərbaycan isə fərqli bir yanaşma sərgiləyərək, öz resurslarına, potensialına güvənib. Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilib. Dövlət başçısının dediyi kimi, bu yalnız nəzəriyyə deyil, Azərbaycanda baş verən real bir nəticədir.

Prezident İlham Əliyev müsahibəsində, həmçinin İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsinin hələ də imzalanmadığını qeyd etdi. Lakin hazırda vəziyyətin müsbət tərəfi odur ki, sakitlik hökm sürür, itkilər yoxdur və digər neqativ halların qarşısı alınmışdır. Lakin sülh müqaviləsi imzalanana qədər, bu bölgədə davamlı sülh və sabitlikdən söhbət gedə bilməz. Bununla belə, Qarabağ münaqişəsi öz həllini tapıb və bu, beynəlxalq hüquq və tarixi ədalət əsasında həll edilmiş yeganə münaqişə olaraq bütün dünya tərəfindən qəbul edilməkdədir.

DİGƏR Xəbərlər Arxiv