YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Təftiş Komissiyasının iclası keçirilib

Martın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının onlayn formatda növbəti iclası keçirilib.

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

İclasda YAP-ın yerli təşkilat aparatlarından Təftiş Komissiyasına daxil olan partiyanın yerli təşkilat aparatlarının maliyyə-təsərrüfat fəaliyyətinə dair rüblük hesabatların (1 noyabr 2022 - 1 oktyabr 2024 üzrə) təhlilinin yekunları və cari məsələlər müzakirə olunub.  

YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.