Xəbərlər
“Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun birgə təşkilatçılığı ilə Kəlbəcər rayon 14 saylı tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Mərziyyə Baxşəliyeva, partiya veteranı Polad Müseyibov və digər çıxış edənlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi tarixi rolu böyükdür. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə Milli Məclis tərəfindən qəbul edilən Konstitusiya Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələni təşkil edir: “Bu sənəd müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarını qoyub və ölkənin demokratik inkişafına zəmin yaradıb”.
Çıxışlarda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olunmasının əhəmiyyətindən geniş bəhs edilib.
Sonda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri və partiya fəaliyyətində fəallığı ilə seçicilənlərə fərxi fərman təqdim edilib.