YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı seçiciləri ilə görüş keçirib

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Sabirkənd kənd mərkəzində seçicilərlə görüş keçirib.

Bu görüşdə Aza, Azadkənd, Darkənd və Qoşadizə kəndlərindən olan seçicilər də iştirak ediblər.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Millət vəkili, həmçinin Sabirkənddən olan şəhidlər Əmin Həsən oğlu Rəfiyev və Ülvü Möhsün oğlu Hüseynov, Darkənddən olan şəhid Saday Rza oğlu Məmmədəliyev və Azad kəndindən olan şəhid Namiq Həsən oğlu Xəlillinin ailələrini evlərində ziyarət edib.

Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, dövlətimiz və xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca tutur.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Millət vəkili, həmçinin Azadkəndin ən yaşlı sakini 92 yaşlı İsmayıl Qəzənfər oğlu Səlimovu da evində ziyarət edib.