YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Mərasimdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları və digər şəxslər iştirak edib.

Mərasimdə Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olması vurğulanıb. Müqəddəs Qurani-Kərimdən ayələr oxunularaq və şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilib.

Mərasim gənc xanəndə Yusif Cəfərbəylinin ifasında müxtəlif musiqi nömrələrinin səslənməsi ilə davam edib.