Xəbərlər
Qlobal Bakı Forumu: Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platforma

“Bu günlərdə Bakı daha bir beynəlxalq səviyyəli mötəbər tədbirə ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu bir çox fundamental məsələlərə aydınlıq gətirdi. 16 panel üzrə aparılan müzakirələrdə bəşəriyyəti narahat edən, düşündürən suallar ətrafında müzakirələr aparıldı, müəyyən nəticələr əldə olundu. Hər şeydən öncə XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu. Forum beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratdı”. Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışındakı çıxışına toxunan millət vəkili qeyd etdi ki, ölkə başçısı ölkəmizin iqtisadi potensialı, gələcək planları, Ermənistanla münasibətlər barədə işrtirakçılara məlum at verdi, Cənubi Qafqazda sülh və sabitliyin əsaslarına toxundu: “Bildirildi ki, Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına bərabər olacaq. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan 12 ölkəyə təbii qaz satır ki, onlardan 10-u Avropa ölkəsidir. Dəmiryolu vasitəsi ilə ölkəmizdən keçərək Avropaya daşınan yüklərin həcmində də son illər nəzərəçarpacaq artım var. Bu da dəniz limanı və dəmiryolu infrastrukturunun buraxılış qabiliyyətinin artırılmasını zəruri edir. Bir sözlə, Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır. Bakı Forumunda ölkə başçısı COP29-un uğurlarına toxunaraq qeyd etdi ki, 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus əldə olundu. Bakıda COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olundu. COP29 ərədəsində Azərbaycan Qərb mediasının, xüsusilə də, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi media resurslarının qarayaxma kampaniyasına məruz qaldı. Bu o mətbu orqanlardır ki, ABŞ Prezidenti Donald Trampın özü onları yalan, saxta xəbər daşıyıcıları adlandırır. Onlar bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik, COP29-a ev sahibliyi edə bilmərik. ABŞ Dövlət Departamenti, Fransa prezidenti, “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı da qarayaxma kampaniyasına qoşulmuşdular. Təbii ki, bütün bu təhdidlərin səbəbi Azərbayacanın öz suverenliyini, ərazi bütövlüyünü tam bərpa etməsi və bunun Qərbdə həzm edilə bilməməsidir. Bizim çübarizəmiz ədalətə, beynəlxalq hüquqa söykənirdi. Biz BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan dörd qətnaməsini icra etdik. Ölkə başçısı
Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışan nəzi Avropa bürokratlarına səslənərək onların yadına İkinci Qarabağ müharibəsində ermənilər şəhərlərimizi, kəndlərimizi ixracı qadağan olunmuş “İsgəndər M” raketi ilə vurmasını saldı. Raket hücumu məhz Ermənistanın baş naziri Nikol Paşinyanın əmri ilə icra edilmişdi”.
Deputat qeyd etdi ki, hazırda Ermənistan və Azərbaycan sülh razılaşmasına çox yaxındıe: “Amma Ermənistan öz üzərinə düşən öhdəliklərə əməl etməlidir. Naxçıvanla Qərb rayonlarımız arasında nəqliyyat dəhlizi açılmalı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, ATƏT-in Misnk qrupu buraxılmalı və avropalı müşahidə missiyası sərhədlərimizdən kənarlaşdırılmalıdır. Həmçinin Fransanın Ermənistanı ölümcül silahlarla təmin etməsi Cənubi Qafqazda sülhə təhdiddir. Həqiqətən də, Ermənistan əgər sülh istəyirsə, bu qədər silahlanma nəyə lazımdır? Sülh istəyən ölkə bütün bunlara son qoymalıdır. Azərbaycan Qərb dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıqdan qaçmır, əksinə bunda maraqlıdır. Amma münasibətlərimiz qarşılıqlı maraqlara söykənməlidir. Bəzi Qərb dairləri istəyirlər ki, biz də digərləri kimi onlara “bəli, cənab” deyək. Cənubi Qafqazın ən güclü dövlətindən bunu gözləmək, tələb etmək ağılsızlıqır və heç bir məntiqə çıxmır. Azərbaycan ABŞ prezidenti cənab Donald Trampın Baydenin dövründə pozulmuş Bakı-Vaşinqton münasibətlərinə yenidən baxacağına ümid edir”.
Sonda T.Mirkişili bildirdi ki, XII Qlobal Bakı Forumu Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırmaq baxımından unikal platformadır: “Biz öz imkanlarımızı, perspektiv planlarımızı, sülhə xidmət edən siyasətimizi xarici dövlətlər, beynəlxalq təşkilatlara çatdıra bildik. Azərbaycan dünyada cərəyan edən iqtisadi-siyasi proseslərə seyrici qalmaq niyyətində deyil. Bakı dünyanın yeni düzənində özünəməxsus yer tutmaq istəyir və bu istiqamətdə çox ciddi addımlar atır”