Xəbərlər
XII Qlobal Bakı Forumu beynəlxalq arenada böyük maraqla qarşılandı

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu növbəti dəfə dünyanın diqqət mərkəzindədir. Hazırda Qlobal Forumdan verilən mesajlar olduqca mühüm əhəmiyyətə malikdir.
Martın 13-15-i tarixlərində keçirilən XII Qlobal Bakı Forumu beynəlxalq arenada böyük maraqla qarşılandı: “Forumda “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusunda müzakirələr təşkil edilir. Hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, dörd yüzdən çox nümayəndənin iştirak etdiyi Forumun əhatə dairəsi genişdir. Forumda Albaniya prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də iştirak edir. Dövlətimizin başçısı Forumun açılış mərasimində çıxışında olduqca vacib mesajlar səsləndirib. Cənab Prezident İlam Əliyev çıxışında qlobal miqyasda artan təhdidlərdən, yaranmış yeni situasiyalardan bəhs edərək Cənubi Qafqazda yaranmış yeni reallıq, Ermənistanın 30 illik işğal siyasəti, erməni lobbisinin beynəlxalq miqyasda ölkəmizə qarşı apardığı təbliğat kampaniyasını Forum iştirakçılarının diqqətə çatdırıb. Prezident İlham Əliyev həmçinin bir çox ölkələrin parlamentarilərinin, rəsmi şəxslərinin erməni diasporasının dəstəyi ilə Azərbaycana qarşı qarayaxama kampaniyası həyata keçirildiyini vurğulayıb”.
A.Əliyev Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında təşkil edilən panellərin əhəmiyyətindən bəhs edib: ““Qlobal Bakı Forumunda sülhə, əməkdaşlığa öz töhfəsini verən şəxslərə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim ediləcək. “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh – münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyalarında mühüm məsələlər müzakirə olunacaq. “COP29: Belem üçün sıçrayış – Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecə sessiyalarında müzakirə ediləcək. Yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da forumda müzakirəyə çıxarılacaq mövzulardan olacaq.