YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Şimali Makedoniya münasibətləri: inkişaf və perspektivlər

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatda bir çox mühüm məqamlara toxunub. Şimali Makedoniya ilə ikitərəfli əməkdaşlıq, eyni zamanda Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq iki ölkə arasında əlaqələri gücləndirir.

Bəyanatda Azərbaycanla Şimali Makedoniya arasında önəmli əməkdaşlıq istiqamətlərindən birinin enerji sahəsi olduğu bildirilib. Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.

Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələr müstəsnadır. Azərbaycan-Şimali Makedoniya əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Şimali Makedoniya ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır.

Ölkə rəhbərlərinin görüşündə, həmçinin mətbuata bəyanatlarında Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edilib. Prezident İlham Əliyev qeyd edib ki, hazırda Şimali Makedoniya  və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Artıq ölkəmizin Avropaya qaz təchizatının coğrafiyası xeyli genişlənib. Özünün karbohidrogen resursları ilə Avropanın enerji xəritəsini zənginləşdirən Azərbaycan ötən müddətdə şaxələndirilmiş ixrac sistemini yarada bilib. Çoxvariantlı ixrac sistemlərinin ahəngdar işini təmin etmək üçün isə ölkəmizin potensialı yetərincədir.

Dövlət başçısı əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanların olduğunu bildirib. Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlər, imzalanmış sənədlər deməyə əsas verir ki, bu səfər Azərbaycan-Şimali Makedoniya əlaqələrinin inkişsfına güclü təkan verəcək.

DİGƏR Xəbərlər Arxiv