YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfərdən Suverenliyə”

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərdən Suverenliyə” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin deputatı Səyyad Salahlı, Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Kərim Kərimov və digərləri Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdırıblar.

Qeyd olunub ki, Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq ərazi bütövlüyünü, antiterror əməliyyatı nəticəsində tam suverenliyini bərpa etdi.

Çıxışlarda Azərbaycan Respublikası Konstitusiyasının ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığı xüsusi vurğulanıb.

DİGƏR Xəbərlər Arxiv