YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax rayonunda ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,  YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev,  partiya fəalları və könüllülər iştirak ediblər.

Aksiya zamanı rayonun Yuxarı Salahlı kəndi ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu boyunca 100 ədəd Eldar şamı və 350 ədəd sərv ağacı əkilib.

Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.