Xəbərlər
Qadın gülərsə, bəşəriyyət güləcək
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının inzibati binasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın gülərsə, bəşəriyyət güləcək” mövsusunda tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.
Sonra tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən dövlət gender siyasətindən, müasir Azərbaycan cəmiyyətində qadınların rolundan geniş bəhs edib. O, 44 günlük Vətən müharibəsində xalqımıza şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin analarının məhz fədakar Azərbaycan qadını olduğunu vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova, partiya fəallarından Bəsti Ələkbərova, Afət Eyyubova, Pəri İbrahimova, Nəsibə Tağıyeva çıxışlarında gender siyasəti sahəsində Ulu Öndərin misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qadınlarına göstərilən diqqət və qayğıdan, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyətindən danışıblar.
Qazax şəhər 3 saylı tam orta məktəbin şagirdləri şeirlə tədbir iştirakçılarını təbrik ediblər.
YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən YAP üzvləri Fəxri fərmanlarla təltif olunub, tədbir iştirakçılarına bayram hədiyyələri verilib.
