YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Babək rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan görüş keçirilib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatında görüş keçirilib.

Tədbirdə YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov, Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, şəhid anaları, şəhid xanımları və partiyanın qadın üzvləri iştirak edib.

Çıxış edən YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O, vurğulayıb ki, Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dəyərlərinin qorunmasında, ailə institutunun möhkəmlənməsində və cəmiyyətin inkişafında mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadınların hüquqlarının qorunması və onların müxtəlif sahələrdə fəallığının artırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir.

Azərbaycan qadınının dövlətin ictimai-siyasi, sosial və iqtisadi həyatındakı mühüm yerindən danışan İsa Məmmədov ölkəmizdə qadınların yüksək vəzifələrdə təmsil olunmasının, onların təhsil, elm, mədəniyyət və incəsənət sahələrində qazandıqları uğurların qürurverici olduğunu qeyd edib.

Daha sonra Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova və YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək Azərbaycan qadınının tarixən qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdiyini vurğulayıblar. Qeyd ediblər ki, bu gün də Azərbaycan qadınları Vətən qarşısında böyük xidmətlər göstərir, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Şəhid ailələrinin qadın üzvlərinin cəmiyyətimizdəki əzmkarlığını vurğulayaraq onların hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu qeyd ediblər.

Sonra şəhid analarına, şəhid xanımlarına, həmçinin YAP ərazi partiya təşkilatının qadın sədrlərinə, partiya fəallarına hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv