Xəbərlər
YAP Laçın rayon təşkilatı Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında rolundan danışıb. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı bəhs edib.
Qeyd olunub ki, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan gənc nəsil Vətən müharibəsində rəşadəti ilə adlarını tarixə qızıl hərflərlə yazdılar.
Sonda YAP Laçın rayon təşkilatı tərəfindən xanımlara təşəkkürnamə və hədiyyələr təqdim olunub.