Xəbərlər
YAP Naxçıvan şəhər təşkilatında Beynəlxalq Qadınlar Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan MR Ali Məclisinin deputatları Gülxarə Tarverdiyeva, Zeynəb Quliyeva, partiya fəalı Aidə Allahverdiyeva və partiya veteranı Tamara Baxşəliyeva Azərbaycanda qadınların müxtəlif sahələrdə uğurlu fəaliyyətindən bəhs ediblər.
Natiqlər Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını təbrik ediblər.
YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli Turist Diyarşünaslıq Mərkəzi ərazi partiya təşkilatının sədri Təranə Kazımovanı 50 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətindən uğurlar arzulayıb.
Sonda xanımlara hədiyyələr təqdim olunub.