YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda 8 Mart - Beynəxalq Qadınlar Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Mart - Beynəxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, ölkəmizdə dövlət gender siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini daim vacib məsələlərdən biri hesab edib. Vurğulanıb ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olub.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gender siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlayıb.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Saatlı Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sürayə Zeynalova və Qıraqlı kənd tam orta məktəbin direktoru Zülfiyyə Əzimova çıxışlarında bildiriblər ki, dövlətimizin sürətli inkişafı, onun potensialının ildən-ilə yüksəlməsində Azərbaycan qadınlarının əməyini xüsusilə vurğulamaq vacibdir. Qeyd olunub ki, müasir həyatımızda Azərbaycan qadınlarının fəallığı diqqət mərkəzindədir. Elə bir sahə yoxdur ki, orada xanımların səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına gül buketi təqdim edilib.

Sonda kollektiv xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv