YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanovda Beynəlxalq Qadınlar Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvləri ilə görüş keçirilib.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Azərbaycan qadınının ən böyük xidməti Vətən qarşısında vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən övlad bəxş etməkdir. Bu baxımdan, rayon təşkilatının sədri Azərbaycan qadınının dünyaya nümunə olduğunu söyləyib.

Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvlərinə bayram hədiyyələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv