Xəbərlər
Xaçmazda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının inzibati binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib.
Görüşdə partiya fəalları, gənclər və ərazi partiya təşkilatlarının xanım sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışıb, onların cəmiyyətin bütün sahələrində, həmçinin ölkəmizin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirdiklərini vurğulayıb.
Tədbirdə, həmçinin partiya fəallarından Könül Əskərova, İradə Çobanova, Sevinc Sədullayeva və Telnaz Adıgözəlova çıxış edərək ölkəmizdə qadınların uğurlu fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə yubiley yaşlarını qeyd edən ərazi partiya təşkilatının sədri Gülnaz Şirinova və partiya fəalı Çinarə Məmmədli Fəxri fərmanlarla təltif edilib.
Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edilib.