Xəbərlər
Səbinə Salmanova seçicilərlə növbəti görüş keçirib

Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt şəhərindəki Muğam Mərkəzində seçicilərlə növbəti görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.