YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xocalı-qan yaddaşımız”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-ci ildönümü ilə bağlı “Xocalı-qan yaddaşımız” adlı tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Uşaq İncəsənət məktəbinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin müəllimləri Aynur Hüseynzadə, Nəzrin Əliyeva, Xocalı sakini Nübar İsmayılova çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı danışıblar.

Qeyd olunub ki, erməni quldur dəstələrinin Xocalıya hücumu zamanı 600-dən çox dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca amansızcasına qətlə yetirilib.

Xocalı şəhərinin işğaldan azad ediləndən sonra yenidən bərpa olunaraq dirçəldiyi xüsusi vurğulanıb.

Sonda Uşaq İncəsənət məktəbinin şagirdləri Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.