YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının yaradılmasının 30-cu ildönümü qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər.

Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən muzeyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli tarixi yoldan danışıblar. Natiqlər Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının Ulu Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını qeyd ediblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb. 

Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv