Xəbərlər
Xəzər rayonunda partiya üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı “Baba Əliyev küçəsi 11” (Tibbi Reabilitasiya Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov, Tibbi Reabilitasiya Mərkəzinin baş həkimi Rüfət Cabbarlı partiyanın keçdiyi şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, 740 mindən artıq üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Xüsusilə savadlı və istedadlı gənclərin böyük həvəslə partiya sıralarına qoşulması sevindirici haldır. Partiyadakı bu kəmiyyət və keyfiyyət yüksəlişi daha effektiv və operativ idarəetməni zəruri edir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. Bu, üzvlərin partiyanın işində və ölkənin siyasi həyatında daha aktiv iştirakına şərait yaradacaq.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. İbrahim Məmmədov ərazi partiya təşkilatının sədri, Şamxal Babayev isə sədr müavini seçilib.