YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Hacıqabul rayon təşkilatının təsis olunmasının 30 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Hacıqabul rayon təşkilatının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov,  YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Milli Məclisin deputatı Səyyad Salahlı, partiya veteranları Sahib Aslanov və Tamella Ağayeva partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, sıralarında 5435 nəfər üzvü və 45 ərazi partiya təşkilatını birləşdirən YAP Hacıqabul rayon təşkilatının ötən dövr ərzində fəaliyyətindən bəhs edərək 30 illik yubiley münasibəti ilə iştirakçıları təbrik ediblər. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, günü-gündən yeni-yeni uğurlara imza atılır. Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmaqla, ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirmiş olduğu, mənfur düşmənin işğalçılıq siyasətinə 44 gün ərzində son qoyularaq bütövlüyümüzün bərpa olunduğu qeyd edilib.

Sonda fəaliyyətlərinə görə fərqlənmiş üzvlərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv