YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"YENİ Klub"ların iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların iclası keçirilib.

“YENİ Klub"un ötən dövrdə fəaliyyəti, gələcək planları və gənclərin inkişafına yönəlmiş layihələrin müzakirə olunduğu iclasda YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavini Fəsli Nəbiyev və “YENİ Klub”da təmsil olunan gənclər iştirak ediblər.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “YENİ Klub”un gənclərin potensialının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. B.İslamov bildirib ki, klub çərçivəsində həyata keçirilən layihələr gənclərin öz ideyalarını ifadə etmələrinə və təşəbbüslər irəli sürmələrinə imkan yaradır.

İclas iştirakçıları “YENİ Klub”un qarşıdakı dövr ərzində fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb və təkliflər irəli sürüblər.

"YENİ Klub"un məqsədlərinə uyğun olaraq gənclərin fərdi inkişafını hədəfləyən, onların intellektual potensialını dəstəkləyən layihələrin təşkili nəzərdə tutulur.

DİGƏR Xəbərlər Arxiv