Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Lahıc kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid İsmayıl Səmədov və şəhid Vüsal Məmmədovun məzarlarını ziyarət edib, həmçinin onların ailələrinə baş çəkib.
Daha sonra millət vəkili Lahıc kəndində seçiciləri ilə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.