Xəbərlər
“Qürurlu və əzəmətli Azərbaycan gəncliyi”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı, Samux Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Qürurlu və əzəmətli Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş videoçarx nümayiş olunub.
Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə sektorunun müdiri Rasim İmamquliyev və digərləri çıxış edərək ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərildiyini, bu əlamətdar günün cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə qeyd olunduğunu söyləyiblər. Bildirilib ki, ölkəmizdə gənclərin ən yüksək diqqət və qayğı ilə əhatə olunması üçün uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Sonda uğurlu fəaliyyəti ilə seçilən bir qrup gənc mükafatlandırılıb.