YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ugurlu gələcək naminə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu, Balakən bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan və qarşıda dayanan hədəflərdən danışıb. O, yanvarın 29-da  bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.

Çıxış edən seçki qərargahının üzvü Qurban Qaraisayev və namizəədlər Yeni Azərbaycan Partiyasının uğurlarından geniş bəhs edib, partiyanın bələdiyyə seçkilərinə böyük inamla getdiyini bildirib. Uğurlarımızın davamı naminə seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv