Xəbərlər
Azərbaycan misilsiz uğurlara imza ataraq qüdrətini daha da artırıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu, Şəmkir və Çaparlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bələdiyyə seçkilərinin əhəmiyyəti barədə danışıb. O əminliklə bildirib ki, YAP-a böyük inam və etimad bəsləyən Azərbaycan xalqı bu dəfə də seçkilərdə fəal iştirak edərək qələbələr partiyasına dəstək verəcək.
Təşviqat qrupunun üzvləri və bələdiyyə üzvlüyünə namizədlər Azərbaycanın inkişaf yolunda inamla irəliləməkdə olduqlarını qeyd ediblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz uğurlara imza ataraq qüdrətini daha da artırıb. Qalib Azərbaycan reallığı sonsuz iftixar mənbəyimizdir.
Natiqlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, namizədlərin seçicilərlə ayrı-ayrı ərazilərdə görüşləri də keçirib.