Xəbərlər
Göygöllülər Yeni Azərbaycan Partiyasını dəstəkləyirlər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göygöl rayonu, Göygöl və Quşqara bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Yeni Azərbaycan Partiyasının seçki proqramı və namizədləri haqqında ətraflı məlumat verib, bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını vurğulayıblar. Həmçinin qeyd olunub ki, müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə ardıcıl uğurlara imza atır. Bütün sahələrdə olduğu kimi, sosial siyasət sahəsində - əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Seçki qərargahının üzvləri Dilarə Qazıyeva, Raul Abbaszadə, bələdiyyə üzvlüyünə namizədlər Müşfiq Abbasov, Zəhra Zeynalova, Ruslan Məmmədov, Adil Qarayev, Yaqut Möyləmova, Zaur Məmmədov, Abduşükür Mustafayev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd ediblər.
Seçicilər Zeynalabdin Həsənov, Aytəkin Məmmədova, Oruc Həsənov, Bəhlul Məsimov, Ərşad Göyüşov, Elyaz Hacıyev və digərləri bələdiyyə seçkilərində Zəfərlər partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin seçicilərlə məhəllə görüşləri də keçirilib.