YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP ölkəmizin inkişafı yolunda fədakarlıqla çalışan partiyadır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Sərtac Atlas, bələdiyyə üzvlüyünə namizədlər Təmraz Tağıyev, Nizami Babaşov, İradə Qarayeva, Akif Vəliyev, Vüsal Cəfərli və Əliyar Həsənli bələdiyyə seçkilərinin əhəmiyyətindən, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı söz açıblar. Onlar  YAP-ın seçki proqramı haqqında məlumat verməklə yanaşı, bütün seçiciləri qalib partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Görüşlər zamanı seçicilər YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədləri müxtəlif ünvanlarda məhəllə görüşləri də keçiriblər.

DİGƏR Xəbərlər Arxiv