YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzluların seçimi YAP namizədləridir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Oğuz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov qeyd edib ki, bütün sahələri əhatə edən çoxşaxəli islahatlar Azərbaycanın tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün etmişdir: “Ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Bununla belə, yeni çağırışlardan irəli gələn önəmli vəzifələrin yerinə yetirilməsi gərəkdir. Yeni Azərbaycan Partiyası bu sahədə məqsədyönlü fəaliyyət həyata keçirmək əzmindədir”.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Ehtibar Yusubov və bələdiyyə üzvlüyünə namizədlər Arif Cavadov, Habil Lətifov, Tural Əbdürəhmanov, Ehtibar Əliyev, Vəli İsmayılov və Elxan Həsənov yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşı duran hədəflərin gerçəkləşdirilməsi naminə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.

Seçicilər YAP-ın fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlər seçicilərlə fərdi görüşlər də keçiriblər.

DİGƏR Xəbərlər Arxiv